Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Millət vəkili toplantıya nə səbəbə qatılmadığına belə aydınlıq gətirib: “Bu tipli yanaşmaları qəbul etmirəm. Hazırda ASALA bizim dövləti, diplomatları təhdid edir. Rusiyanın səsləndirdiyi bir sıra fikirlər var. YAP bu məsələləri həll etmək əvəzinə heç bir siyasi yükü olmayan məsələləri beynəlxalq təşkilatlarda müzakirəyə çıxarır”.
İ. Ağazadə qeyd edib ki, Ramil Səfərovun məsələsi artıq tarixə çevrilib: “Bundan sonra Ramili nə həbs edəsi, nə də Macarıstana göndərəsi deyillər. Biz bu cür məsələlərə görə boşuna zaman itiririk”.
İ.Ağazədənin sözlərinə görə, birinci dəfə deyil ki, müxalifət partiyaları bu cür səhv addım atır: “Tarix boyu bu tipli səhvləri onlar həmişə təkrar edib”.
Partiya sədri açıqlamasında onu da bildirib ki, Avropa Parlamentinin qətnaməsində “İnsan haqlarının qorunması və demokratiya ilə bağlı” çağırış da vardı, amma partiyaların çoxu bu çağırışı dəstəkləmədi: “Buradan belə bir nəticəyə gəlmək olar ki, bizim siyasi partiyalar demokratiyaya çağırışı dəstəkləmir”.
Gülnar
Son xəbərlər
Son Xəbərlər