Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil 3 ay yarım öncə ailə qurduğu Gülseren Ceylanla ayrılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet sosial media hesabında onunla olan fotolarını silib. Gülseren Ceylan isə instaqram səhifəsini bağlayıb.
İki il ərzində enişli-çıxışlı münasibət yaşayan Mehmet Ali Erbil və özündən 42 yaş kiçik sevgilisi Gülseren Ceylan bu ilin avqust ayının 28-də evlənmişdilər. Cütlüyün boşanma qərarı aldığı barədə söz-söhbətlər dolaşır.
Boşanmaya səbəb kimi 6-cı dəfə ailə həyatı quran Erbilin yaxın günlərdə qatıldığı bir proqramda verdiyi açıqlama olduğu iddia edilir. Belə ki, şoumen proqramda bu sözləri işlədib: “Bütün həyat yoldaşlarımı aldatmışam. Hamısından üzr istəyirəm. Bir həyat yoldaşıma çox haqsızlıq etmişəm. O, saf və təmiz idi. Kaş onu tərk etməsəydim”.
İddialara görə, söhbət onun 2001-ci ildə evləndiyi və il yarım sonra boşandığı Sedef Altuntaşdan gedir.
Bu sözlərdən sonra həyat yoldaşının açıqlamasına reaksiya verən Gülseren Ceylan evi tərk etmiş, şoumen isə canlı yayımda həyat yoldaşından üzr istəmişdi. Ceylan daha sonra yenidən evinə qayıtmışdı.



Son xəbərlər
Son Xəbərlər