Bir sıra rayonların polis şöbəsində kadr dəyişikliyi edildi

Bir sıra rayonların polis şöbəsində kadr dəyişikliyi edildi
Oxunma sayı: 18378

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov bir sıra kadr dəyişikliyi edib.

“Qafqazinfo” xəbər verir ki, Nazirin əmri ilə Gəncənin Nizami rayon Polis İdarəsinin sabiq rəisi, polis polkovniki Ədalət Sadıqov Şəmkir rayon Polis şöbəsinin Kür qəsəbə bölməsinin rəisi təyin edilib. Ə. Sadıqov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin noyabrında təyin olunub. Bu ilin mart ayında sabiq nazir Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Digər əmrə əsasən, Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib. 

Oxu.az-ın sorğusuna əsasən, daha 2 kadr təyinatı olub. Belə ki, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib.

Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.

Samux RPŞ-nin rəisi Akif Nəbiyev və Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov bir müddət əvvəl Daxili İşlər nazirinin müvafiq əmrləri ilə vəzifələrindən azad edilərək sərəncama götürülüblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi