“Botoksdakı kimi qırışlar 6 aydan sonra geri qayıtmır” - Aynur Çağlayan

botoksdaki-kimi-qirislar-6-aydan-sonra-geri-qayitmir
Oxunma sayı: 3123

Son zamanlar çox yerdə kök hüceyrə müalicəsi ilə bağlı müzakirələr olunur. Əməliyyatsız diz, bel ağrılardan azad olmaq, 15 yaş gəncləşmək mümkün olduğu deyilir. Mövzu ilə bağlı kök hüceyrə uzmanı Aynur Çağlayanın müsahibəsini təqdim edirik:

-Aynur xanım, əvvəlcə özünüz haqda kiçik arayış verin ki, oxucular sizi tanısın.

- Bakalavr təhsilimi 2008-2014-ci illərdə Moskva Dövlət Humanitar Universitetində almışam. Daha sonra ABŞ-dakı Beynəlxalq Şimali-Qərb (North West) Universitetinin kök hüceyrə fakültəsindən məzun olmuşam. Hal-hazırda isə İstanbuldakı Atatürk universitetində oxuyuram.

-Kök hüceyrə nədir və hansı xəstəlikləri müalicə edir?

-Kök hüceyrə tibbdə yeni sahədir. Bu müalicənin məqsədi bədənimizdə olan cavan hüceyrələr ilə gəncləşmədir. Regenerativ sahə olduğundan bir çox çarəsiz xəstəlikləri müalicə edir.

-Diz atrozun, bel yırtığının kök hüceyrə ilə əməliyyatsız müalicəsi həqiqətən də mümkündür?

-Oynaq xəstəliyi çox sferalıdır. MRT müayinəsindən sonra nəticəyə uyğun müalicə seçilir. Biz artroz, koksartroz, nekroz, oynaqlarda maye yığılması, bağ yırtıqlarını müalicə edirik. Əgər bu xəstəliklərdə ilk mərhələdirsə, 70-80 % sağalma ehtimalı var. 3-cü dərəcədə qismən, 4-də isə ancaq endoprotez məsləhət görürük. Çünki artıq oynaqlar funksiyasın itirib. Lakin bəzi xəstələr ayaqları 4-cü dərəcə olsa da yanaşı gedən ürək, böyrək çatışmazlığı, şəkər xəstəliyi olduğuna görə əməliyyat əks göstəriş olur. Biz də kök hüceyrəni düzəlmə üçün yox, xəstəliyin daha da pisləşməməsi üçün edirik. Bir sözlə, 4-cü dərəcə artroz kök hüceyrə ilə tam müalicə edilə bilməz. Əksini iddia etmək absurd olar.

Onurğa xəstəliklərinin ilkin mərhələsində sinir sıxışmaları müalicə olunduqdan sonra kök hüceyrə ilə bərpa mümkündür. Onurğada qığırdaq yeyilməsi, 4 mm-ə qədər yırtıqlı disk olanda sağalma ehtimalı 50-70% dır.

-Kök hüceyrə ilə üz gəncləşmə və qırışların açılması mümkün olur. Qadınlar da adətən, bunun üçün botokslara müraciət edir. Bilmək istərdim kök hüceyrə və botoks arasındakı fərq nədir?

- Müəyyən bir yaşdan sonra cildimiz yaşlanır. Kök hüceyrə ilə bir çox gəncləşdirici proseduralar etmək mümkündür. Əlbəttə, kök hüceyrədən əvvəl müxtəlif mezoterapiyalar, plazmaliftinq, botoks müalicəsi vardır. Bunların hamısının müvəqqəti olduğu bir az sonra əvvəlki görünüşə qayıtdığını hamı bilir. Amma kök hüceyrə bunların irəlisinə keçdi. Düzdür, müəyyən yaşdan sonra botoks mütləq lazımdır və bunları kök hüceyrədən əvvəl etməyi məsləhət görürəm. Lakin tiroid, diabet xəstələrində, immun sistemi aşağı olanlarda botoks əks göstərişdir. Buna görə də kök hüceyrə bu proseduralardan daha təhlükəsizdir. Kök hüceyrəni gənclik iksiri adlandıra bilərik. Elə ilk olaraq buna xidmət etmək üçün yarandığına görə üz üçün imtina edilməz nemətdir. Hal-hazırda 2 növ kök hüceyrə müalicəsi edirik: mezenximal və fibroblast kök hüceyrələri.

-Kök hüceyrənin alınmasında ən vacib nüans nədir?

-Hər gördüyümüz yağ toxuması deyildir. Əvvəllər bütün yağ toxumalarına kök hüceyrə deyirdilər. Lakin bunlar mezenximal kök hüceyrə sayılmaz. Onlar sadəcə kök hüceyrələrdir. Köçürülə bilsələr də təsiri bir ildən artıq deyil. Burdakı hüceyrə sayı minlərlə olur və milyonlara çıxmır. Mütləq şəkildə ən vacib nüans laboratoriyada emal olunmasıdır. Bu prosedur 3 cür olur : fresh, enzimatik, nano piy kök hüceyrələr.

Sağalmayan yanıq və çapıqlarda kök hüceyrə sağalmanı mümkün edir?

- Kök hüceyrə çıxmazdan əvvəl yanıq və çapıqların müalicəsində dəri transplantasiyasından istifadə edilirdi. Bu da həmişə  istənilən nəticəni vermirdi. Bəzi hissələr uğurlu olsa da bəzilərində dəri yenini qəbul etmirdi. İndi isə yanıq və ya hansısa əməliyyatdan qalan çapıqların götürülməsində kök hüceyrə müalicəsi edirik. Xoşagəlməz görüntünü aradan qaldırırıq. Necə icra olunur? Kobudlaşmış dəri nano fraksionla təmizlənir. Əgər yağ və əzələ kütləsi itirilibsə, həmin hissəyə lokal piy yeridilir. Nano piylər əldə edilərək xəstənin əzələ altından əzələ və dərinin arasındakı təbəqəyə yeridilir. Mezenximal kök hüceyrələr həmin köçürülən piy nahiyəsinə yeridilir ki, damarlanma və əzələ qatının yaranmasına kömək olsun. Fibroblast kök hüceyrə dəri toxumasının üzərinə pabula şəklində yeridilib terfo örtüyü ilə bağlanır. Həmin təbəqə yeni yarandığı üçün 2 aya yaxın qulluq edilməsi şərtdir. Əgər yara dərin deyilsə, 6 aya normal dəri olur. Yox yara dərindirsə, 6 ay sonra həmin nahiyəni yenidən işləyirik. 

-Kök hüceyrə müalicəsi saç tökülməsində effektlidir ?

-Saç tökülmələri bir çox insanın qorxulu yuxusuna çevirlib. Genetik, qan dəyərlərinin aşağı olmasına, androgen allafesiyalı saç tökülmələri var. Saçı ocaqlı allapesiyalı olan şəxslərə saç əkdirməyə ehtiyac yoxdur. Onlara kök hüceyrə müalicəsi kifayətdir. Müalicədən sonra özü tədricən çıxır. Lakin adətən, kişilərdə olan genetik keçəlləşmədə kök hüceyrə əkilmədən sonra vurulur. Yüngülvari tökülmə isə sadəcə kök hüceyrə ilə bərpa olunur.

Bunlardan əlavə qeyd etmək istərdim ki, artıq ginekoloji bölməmiz fəaliyyətə başlayıb. Ginekoloqlarımızla birgə endemetriyanın qalınlaşması prosedurunu həyata keçirmişik. Neçə illərdir, hamilə qala bilməyən xəstəmiz var idi. Ondan sevindirici xəbər almışıq ki, artıq hamiləlidir. Süni mayalanma edən və ya ondan qaçınaraq müalicə götürən digər pasiyentlərimiz də var. İnşallah, onlardan ürəkaçan nəticələr gözləyirik.