Böyük Britaniya husilərə qarşı yeni sanksiyalar tətbiq etdi

boyuk-britaniya-husilere-qarsi-yeni-sanksiyalar-tetbiq-etdi
Oxunma sayı: 674

Böyük Britaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusuna və Yəmənin husi hərəkatı “Ənsar Allah”-a qarşı sanksiyaları genişləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, siyahıya İran tərəfindən husilərin maliyyələşdirilməsinə cavabdeh olduğu iddia edilən SEPAH komandirinin müavini Məhəmməd Rza Fəllahzadə, Səid Əhməd Məhəmməd əl-Camal və husilərin Daxili İşlər Nazirliyinin rəis müavini Əli Hüseyn Bədrəddin əl-Husi daxildir.

Məhdudiyyətlər siyahısına SEPAH-ın üç bölməsi də daxil edilib.