Braziliyada sərnişin təyyarəsi qəzaya uğradı - 62 ölü - Video

braziliyada-sernisin-teyyaresi-qezaya-ugradi
Oxunma sayı: 2977

Braziliyada göyərtəsində 62 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində baş verib.

Təyyarədə 58 sərnişin və 4 ekipaj üzvünün olduğu deyilir. Qeyd olunub ki, qəzaya uğrayan Kaskavel şəhərindən Quarulhosa uçan ATR-72 sərnişin təyyarəsidir.

Qəzanını baş vermə səbəbi, ölənlər və ya xəsarət alanlar haqqında məlumat verməyib.

***

“Associated Press”in məlumatına görə, Braziliyanın cənubunda keçirilən tədbirdə iştirak edən Prezident Luiz İnasio Lula da Silva təyyarədə olan bütün sərnişinlərin və ekipaj üzvlərinin öldüyünü açıqlayıb.