Bu dəfə 2 nəfər boğuldu - Çimərlikdə faciə + Video

bu-defe-2-nefer-boguldu
Oxunma sayı: 5686

Ötən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində yenə də insan ölümü ilə nəticələnən faciə baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, ötən gün çimərlik ərazisində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb.

Bundan başqa, 4 nəfər də boğulma təhlükəsilə üzləşib. Xilasedicilər onları son anda xilas edə biliblər.

Baş verən hadisələrin gürüntülərini təqdim edirik.