Bu fotolar ölkədən gizli çıxarıldı - Fotosessiya

bu-fotolar-olkeden-gizli-cixarildi-
Oxunma sayı: 16409

Fotoqraf Michal Huniewicz Şimali Koreyada gizli çəkdiyi fotoları ölkədən kənara çıxara bilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fotoqraf Şimali Koreyada müşahidə etdiklərini jurnalistlərə danışıb. O, çəkdiyi fotolarla dünyanın ən gizli ölkəsi haqqında insanlara məlumat vermək istədiyini deyib.

Michalın sözlərinə görə, kafe-restoranlarda ofisiantlar turistlərdən çox çəkinir: “Bizim varlığımızdan narahat olduqları açıq-aydın hiss olunurdu. Restoranlardakı televizorlarda daha çox təbliğat xarakterli materiallar təqdim olunur”.

Bundan başqa, ölkəyə daxil olan bütün əşyalar diqqətlə yoxlanılır. Məsələn, notbukunuz sizdən alınaraq içində Cənubi Koreya filmləri, pornoqrafik material və bu kimi məlumatların olub-olmamasına baxılır. Hətta bəzi kitabların da ölkəyə keçirilməsi qadağan edilir.

Fotolara baxan zaman qadınların polisin nəzarəti ilə küçələri süpürdüyünü, ölkədə təmizliyə xüsusi diqqət göstərilsə də, yol kənarında təbii ehtiyacını ödəyənləri görmək olur.

Ölkə bütünlüklə boz rəngə boyanıb. Bu da insanlara depressiv təsir göstərir. Çinin şimal-şərqi ilə Şimali Koreyanı birləşdirən Sino-Koreya dostluq körpüsü turistlərin ölkədə gördüyü tək parlaq işıqlı yerdir.

Ölkə lideri Kim Yanqla çəkilən fotolarda hər zaman gülən koreyalılar Michal Huniewiczin kadrlarında zəhmli baxışları ilə yadda qalıb. “Qafqazinfo” sözügedən fotolardan bir hissəsini sizə təqdim edir:

Günel Hacı