Bu gündən COVID-19 pasportu olmayanlar toya buraxılmır - Video

bu-gunden-covid-19-pasportu-olmayanlar-toya-buraxilmir
Oxunma sayı: 12099

Bakının bütün restoranlarında polis və aidiyyəti dövlət qurumları tərəfindən monitorinqlər davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, bu gündən başlayaraq polis əməkdaşları tərəfindən restoranlarda keçirilən toy mərasimlərinə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Monitorinqlərdə Bakı Şəhər İcra Hakimiyyəti və ərazi icra hakimiyyəti nümayəndələri də iştirak edib.

COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Məlumatı DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiqləyiblər. 

Murad Əhməd