Bu həftəsonundan Novruz tətili başlayır

bu-heftesonundan-novruz-tetili-baslayir
Oxunma sayı: 7431

Bu həftəsonundan başlayaraq Novruz bayramı ilə əlaqədar 8 gün iş olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləridir.

Əmək Məcəlləsinə görə, martın 20-si bazar gününə təsadüf etdiyindən, iş və istirahət günlərinin yeri dəyişdirilərək ayın 25-i qeyri-iş günü hesab ediləcək.

26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Novruz bayramı ilə əlaqədar 8 gün istirahət olacaq. İş günü martın 28-dən başlayacaq.