ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı Ağ Ev tərəfindən irəli sürülmüş sülh planının Kiyevə təqdim olunan “sonuncu təklif” olmadığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında keçirilən brifinqdə jurnalistlərin sualına cavab verərkən deyib.
O, Vaşinqtonun hədəfinin münaqişəyə son qoymaq olduğunu vurğulayıb:
“Bu, çoxdan baş verməli idi. Biz bunun necə olursa-olsun bitməsi üçün çalışırıq”.
Xatırladaq ki, bundan əvvəl ukraynalı deputat Aleksey Qonçarenko Trampın 28 bənddən ibarət sülh planını açıqlamışdı. Bundan başqa, Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin sənədi noyabrın 27-dək imzalayacağına ümid edir.
Onu da bildirək ki, plan Ukraynanın NATO-dan imtinasını, yeni sərhədlərin tanınmasını, bufer zonanın yaradılmasını, ordunun məhdudlaşdırılmasını və Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini nəzərdə tutur.
Son xəbərlər
Son Xəbərlər