Bu küçədə də velosiped sürə biləcəksiniz - Fotolar

bu-kucede-de-velosiped-sure-bileceksiniz
Oxunma sayı: 2424

Bakının daha bir küçəsində velosiped zolağı çəkilir.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrası davam etdirilir.

Bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlama işlərinə başlanılıb.