“Bu layihədə iştirak İrəvanla Bakını bir-birinə yaxınlaşdıra bilər”

bu-layihede-istirak-irevanla-bakini-bir-birine-yaxinlasdira-biler
Oxunma sayı: 2024

“Almaniya və Avropa Cənubi Qafqaz ölkələri ilə birlikdə keçmişin kölgələrini dəf edəcək bir region yaratmaq üzərində işləmək istəyirlər”.

“Qafqazinfo” “Deutsche Welle”yə istinadən xəbər verir ki, bunu Almaniyanın XİN rəhbəri Annalena Berbok Cənubi Qafqaza səfərindən əvvəl deyib. 

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında uzunillik münaqişə hər iki tərəfə böyük yaralar vurub.

Berbok, həmçinin qeyd edib ki, Almaniya və Aİ tərəflərin bir-birinə etimad göstərməsi yolunda İrəvanla Bakını konkret təşəbbüslərlə dəstəkləməyə hazırdır.

Bildirilib ki, bunlardan biri “ЕС Global Gateway” proqramı çərçivəsində məlumatların ötürülməsi üçün Qara dənizin dibi ilə sualtı rabitə kabelinin quraşdırılmasıdır. Almaniyalı nazir qeyd edib ki, bu layihədə iştirak Ermənistanla Azərbaycanı bir-birinə, eləcə də Avropa ilə yaxınlaşdırmağa kömək edə bilər.

Xatırladaq ki, A.Berbok bu gün Ermənistana rəsmi səfər edəcək. Noyabrın 4-ü isə Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparacaq.