Bu maşınlar heç kimə lazım deyil - - Video

bu-masinlar-hec-kime-lazim-deyil-
Oxunma sayı: 2215


“Qafqazinfo” SpaceTV-yə istinadən xəbər verir ki, hazırda ölkədəki müxtəlif cərimə meydançasında mindən artıq maşın sahibini gözəyir. Ayrı-ayrı vaxtlarda polislər tərəfindən cərimə meydançalarına gətirilən avtomobillərin sahibləri onların götürməyə tələsmirlər. 

Qəzaya düşmüş elə maşınlar var ki, 10 ildən çoxdur cərimə meydançalarındadır. Maraqlısı da odur ki, belə maşınların sayı artmaqda davam edir. 

BDYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirir ki, hazırda DYP-nin tərkibində qrup yaradılıb və bu məsələ ilə bağlı araşdırmalar aparılır: «Belə ki, bu avtomobillərdən neçəsinin istismara yararlı olması, neçəsinin sahibinin sağ olması və digər məsələlər dəqiqləşdirilir». 

Avtomobillərin bir hisəsi qəzaya düşənlərdir. Onlar qəza nəticəsində əzilmiş halda cərimə meydançasında dayanıb. Bəzilərinin sahibi həlak olub, digərləri isə əzizlərini bu maşında itirdiyinə görə, maşinı götürmək bir yana, onu görmək də istəmirlər. Cərimə meydançalarında çalışan nəzarətçilər bildirir ki, qəzaya düşən bəzi avtomobillər qəsdən götürülmür. Belə ki, yaxınları öldüyünə görə sürücülər bu maşınları görmək istəmirlər. Amma bu vəziyət problem yaratmağa başlayıb. Çünki meydançada yerlər tükənir. 

Yol polisində xatırladırlar ki, dayanacaq pulludur – günü 30 qəpik. Buna görə də götürülməyən maşınların böyük borcu yığılıb. Bəzi avtomobillər isə o qədər müddət qalıb ki, onların borcunu heç maşının özünü satmaqda da ödəmək olmaz. K.Əliyev bildirir ki, həmin şəxslər bilməlidilər ki, bununla bağlı qanunvericiliyə uyğun qaydada tədbir görüləcək: «Artıq məhkəmələr qarşısında vəsatət qaldırılacaq ki, bu nəqliyyat vasitələrinin saxlanmasından irəli gələn məsələlərlə bağlı məhkəmələr müavifiq qərar çıxarsınlar». Başqa sözlə, məhkəmənin qərarı ilə sürücülər həm neçə vaxtdır yığılıb qalan məbləği ödəməli olacaq, həm də maşınlar məcburi qaydada meydançalardan götürüləcək. Sürücülər bu maşınların özü müəyyən edirlər, ya detallarını satır, yada maşını emala göndərirlər. Sürücüsü çıxmayan avtomobillər isə sahibsiz əmlak kimi dövlətə keçəcək.