Bu məktəbin vəzifəli şəxslərinə cinayət işi açıldı - Yenilənib

bu-mektebin-vezifeli-sexslerine-cinayet-isi-acildi
Oxunma sayı: 4871

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

“Qafqazinfo” İmişli Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin bu xəbəri oxuyun: Возможна ли переработка российской нефти в Азербайджане?

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi də məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, İmişli rayonu Sarıxanlı kənd V. Novruzov adına 1 nömrəli tam orta məktəbdən daxil olmuş məlumata əsasən Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən məktəbdə araşdırma aparılıb.

Araşdırmanın nəticəsinə əsasən məktəbin direktoru Baxşəliyev Elşən Baxşəli oğlu ilə bağlanmış əmək müqaviləsinə 08.09.2023-cü il tarixdən xitam verilib.