“Bu, ölkəmiz üçün rüsvayçılıq idi” - Tramp Baydeni ələ saldı

bu-olkemiz-ucun-rusvayciliq-idi
Oxunma sayı: 2724

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Amerika lideri Co Baydenin Konqres qarşısında çıxışını ölkə üçün rüsvayçılıq  adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Bu, ölkəmiz üçün rüsvayçılıq idi”, - Tramp qeyd edib.

Tramp həmçinin, Baydenin bugünkü çıxışını lağa qoyaraq xüsusi effektlərdən istifadə edilmiş videosunu paylaşıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ABŞ Konqresinin üzvlərinə “Birliyin Vəziyyəti” nitqi ilə çıxış edərək, administrasiyasının uğurları və planlarından danışıb. O, çıxışının əhəmiyyətli hissəsini rəqiblərinə həsr edib.