Bu şəhərlər istisna SMS-icazə hər yerdə ləğv edildi

bu-seherler-istisna-sms-icaze-her-yerde-legv-edildi
Oxunma sayı: 19447

Karantin rejimi ilə bağlı daha bir dəyişiklik SMS icazədə olub.

Operativ Qərargahdan "Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.