Bu yol yenə can aldı - Video+Yenilənib

bu-yol-yene-can-aldi
Oxunma sayı: 8498

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomol yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini Şahmuradov Sərdar Balahəsən oğlunun idarə etdiyi "Vaz 2107" markalı minik avtomobili qoşqulu traktora çırpılıb.

Nəticədə minik avtomobilində olan yeniyetmə oğlan ölüb, sürücü ağır xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 24.10. 2024-cü il tarixində saat 16:30 radələrində Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1969-cu il təvəllüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona başın və döş qəfəsinin səthi travması, said nahiyəsinin hemotoması və sıyrıqları diaqnozları təyin edilib. Hazırda xəsarət alan şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyət stabil olaraq qiymətləndirilir.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində Biləsuvar şəhəri ərazisində T.Cəfərovun idarə etdiyi “MTZ 80” markalı traktorla S.Şahmuradovun idarə etdiyi “Vaz 21074” markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin 2011-ci il təvəllüdlü Səbuhi Şahmuradov ölüb, nəqliyyat vasitəsindəki digər 1 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

Surxay Şahbazov