Bulvar polisləri üçün yeni elektromobillər gətirildi - Fotolar

bulvar-polisleri-ucun-yeni-elektromobiller-getirildi
Oxunma sayı: 3763

Bakıya Post Patrul Xidməti əməkdaşları üçün yeni elektromobillər gətirilib. Sözügedən mini maşınlar Dənizkənarı Milli Parkın ərazisində xidmət göstərəcək.

“Qafqazinfo”nun əməkdaşı həmin nəqliyyat vasitələrinin fotolarını çəkə bilib. Əldə etdiyimiz məlumata görə, hazırda bu tipli elektromobillərdən Bakıya 6 ədəd gətirilib.

Post Patrul Xidmətinin əməkdaşları həmin elektromobillərdən açıq hava şəraitində istifadə edəcəklər. Onlar Bulvar ərazisində hərəkət edən polislərin ictimai asayişi qorumasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, hazırda Dənizkənarı Milli Parkda ənənəvi avtomobillərlə nəzarət həyata keçirirlər.