Bulvarda özünü öldürən şəxsin cibindən məktub tapıldı - Yenilənib

bulvarda-ozunu-olduren-sexsin-cibinden-mektub-tapildi
Oxunma sayı: 13711

Dənizkənarı Milli Parkda bir nəfər intihara cəhd edib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

***

Lent.az xəbər verir ki, saat 19 radələrində Saat Qülləsinin yaxınlığında 40-45 yaşlı kişi özünü dənizə atıb. Yaxınlıqdakı şəxslər çalışsalar da, onu xilas edə bilməyib.

Hadisə yerinə gələn xilasedicilər intihar edən şəxsin meyitinin axtarışına başlayıb.

Hadisə yerinin yaxınlığında intihar edən şəxsin pencəyi tapılıb. O, özünü dənizə atmazdan əvvəl pencəyini dirəyə asıbmış. Pencəyin cibindən intihar edən şəxsin məktubu tapılıb. Məktubda həmin şəxs bank borcunun olduğunu və bu borcu ödəyə bilmədiyini yazıb.