Türkiyə baş naziri Əhməd Davudoğlu AK partiyasının qrup toplantısında Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərdən danışıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən məlumatına görə, Davudoğlu bildirib ki, Türkiyə Ermənistanın hücumlarını yaxından təqib edir:
“Dağlıq Qarabağda Ermənistanın hücumlarını yaxından təqib edirik və lənətləyirik. Azərbaycanın haqlı davasında dəstəyimizi bu gündən sonra da davam etdirəcəyik. Can Azərbaycanın işğal altındakı bütün torpaqları azad edilənə kimi biz də 78 milyon olaraq Azərbaycanın yanında olacağıq. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın hücumları qarşısında can Azərbaycan ilə qiyamətə qədər çiyin-çiyinə olacaq”.
Son xəbərlər
Son Xəbərlər