Çavuşoğlu Bakıya gəlir

cavusoglu-bakiya-gelir
Oxunma sayı: 3000

Türkiyənin sabiq xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıya gəlir.

Bu barədə “Qafqazinfo”ya Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, M. Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti 3-5 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq.

Nümayəndə heyətinin səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcəyi gözlənilir. Həmçinin aprelin 4-ü Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunacaq.