Çavuşoğlu ilə görüşdə sarı rəng Lavrovun diqqətini çəkdi - Video

cavusoglu-ile-gorusde-sari-reng-lavrovun-diqqetini-cekdi
Oxunma sayı: 9038

Xəbər verdiyimiz kimi, martın 10-u Antalyada Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun da iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşdən əvvəl Çavuşoğlu ilə Lavrovun birgə foto çəkdirməsi anı gündəm olub.

“Qafqazinfo”nun “Haber türk”ə istinadən məlumatına görə, nazirlər foto çəkdirərkən Çavuşoğlu həmkarından daha öndə dayandığı üçün Lavrov ondan arxaya çəkilməsini istəyib. Videogörüntülərdən Çavuşoğlunun buna əhəmiyyət vermədiyi görünüb.

M. Çavuşoğlu daha sonra o an Lavrovla arasında keçən dialoqa münasibət bildirib. O, Lavrovla onun arasında hər hansı gərginliyin yaşanmadığını və sadəcə olaraq zarafatlaşdıqlarını qeyd edib: “Xətlərin üzərində nöqtələr var idi, o nöqtələri bir-birimizə göstərdik. Lavrov önümdəki nöqtənin niyə sarı rəngdə olduğunu soruşdu. Zarafatlaşdıq, heç bir problem yoxdur”.

Xəbəri rus dilində oxuyun: “Я всегда клал деньги в карман Зияда Самедзаде” - бизнесмен, живущий в вагоне