Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar davam edir. "Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, Tərtər-Ağdam cəbhəsində bir qədər əvvəl artilleriya döyüşləri yenidən başlayıb.
Ermənistan hərbi birləşmələri hava qaralandan dərhal sonra Azərbaycan ordusunun nəzarətində olan əraziləri artilleriya atəşinə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab verir.
Sosial şəbəkə istifadəçiləri də atışmanın başladığı barədə məlumatlar verir. Onların yazdığına görə, cəbhə bölgəsinə yaxın rayonlarda güclü atışma səsləri eşidilir.
***
Aprelin 26-sı saat 22:00 radələrində cəbhənin Tərtər istiqamətində qarşı tərəfin artileriya silahlarından açdığı atəş nəticəsində ölən və ya xəsarət alan olmayıb. ANSpress-in məlumatına görə, intensiv atışlmalar Qapanlı kəndi tərəfdə qeydə alınıb. Azərbaycan ordusu qarşı tərəfin açdığı atəşə cavab atəşi ilə qarşılıq verir.
Son xəbərlər
Son Xəbərlər