“CHANGAN”dan UNI-kal təklif! - Fotolar

changandan-uni-kal-teklif
Oxunma sayı: 2417

Azərbaycan bir neçə ildə olduqca məşhurlaşan “CHANGAN” brendi UNI seriyasından olan modellərin həvəskarlarını sevindirmək qərarına gəlib. Artıq qiymətinə görə sevimli modellərə sahib olmaqda çətinlik çəkənlər, bu UNI-kal endirimdən yararlanaraq arzuladıqları avtomobilə sahib olmaq fürsəti əldə edəcəklər.

“CHANGAN” Azərbaycanda UNI-V, UNI-T, UNI-K və UNI-K iDD Plug-in Hybrid modelləri üçün olduqca böyük endirimli qiymətlər hazırlayıb. Belə ki, 188 at gücünə malik 1,5 turbo mühərrik və 8 Aisin avtomatik transmissiyasına malik UNI-V modeli 42.900 AZN deyil, 38.900 AZN-ə təklif olunur. Bu kampaniya ilə alıcılar qeyd olunan modelin nağd alışı zamanı və ya bank krediti yolu ilə əldə etdikdə, 4000 AZN endirim əldə etmiş olurlar. Daxili kreditlə əldə etdikdə isə, 39.900 AZN məbləğində sahib ola bilərsiniz.

180 at gücünə malik möhtəşəm dizaynı ilə seçilən UNI-T modeli üçün isə 5000 AZN endirim nəzərdə tutulmuşdur. Belə ki, hazırda bu modeli əldə etmək istəyənlər 47.900 AZN deyil, 42.900 AZN ödəyə bilərlər.

2,0 turbo mühərriyi və 233 at gücü ilə özünə heyran edən UNI-K modelinin qiyməti isə  66.900 AZN-dən 59.900 AZN-ə endirilmişdir.

UNI seriyasının ölkəmizə ən son daxil olan və rəsmi istehsalçı tərəfindən yerli bazarda təklif olunan ilk hibrid modeli UNI-K iDD Plug-in Hybrid modelini 72.900 AZN deyil, sadəcə 61.900 AZN ödəməklə kifayətlənə bilərsiniz.

Qeyd edək ki, təklif olunan endirimlər məhdud sayda avtomobillər üçün nəzərdə tutulub. Bu səbəbdən UNI-kal endirimdən yararlanmaq istəyənləri tələsməyə sövq edirik.

Eyni zamanda UNI seriyası üçün 6 il və 250.000 km tam rəsmi zəmanət mövcuddur. UNI-K iDD Plug-in Hybrid modeli  üçün isə 6 il və 150.000 km zəmanət nəzərdə tutulmuşdur. Həmçinin, istənilən avtomobili təqdim edib, müəyyən dəyərləndirmədən sonra birbaşa salonda barter etmək imkanı da vardır.

Avtomobilləri şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək üçün “Changan Azəbaycan”a müraciət edin!

Ətraflı məlumat üçün:

*5544 

https://changan.az

Əhməd Rəcəbli, 40B