Çilinin sabiq prezidenti helikopter qəzasında həlak oldu

cilinin-sabiq-prezidenti-helikopter-qezasinda-helak-oldu
Oxunma sayı: 1588

Çilinin sabiq Prezidenti Sebastyan Pinyera helikopter qəzasında həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Radio Biobiochile” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, çərşənbə axşamı, fevralın 6-da helikopter Ranko gölünə düşüb. Nəqliyyat vasitəsinin göyərtəsində siyasətçidən başqa onun ailəsinin üç üzvü olub.

Qeyd olunur ki, həmin şəxslər qəzaya uğramış helikopterdən çıxa bilsələr də, 74 yaşlı eks-prezident buna nail ola bilməyib. Onun cəsədi təxminən 40 metr dərinlikdə tapılıb. Qəzanın səbəbləri araşdırılır.