Çində koronavirusdan ölənlərin sayı artdı

cinde-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 1284

Çində koronavirusdan ölənlərin sayı artıb. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, onların sayı 26-ya çatıb.

Virusa ümumilikdə 849 nəfər yoluxub. 177 pasiyentin vəziyyəti ağır qiymətləndirilir. 34 nəfər artıq müalicə olunub və tibb müəssələrini tərk edib.

Qeyd edək ki, ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə yayılmaqda davam edir. Artıq ABŞ, Rusiya, Sinqapur, Vyetnam, Səudiyyə Ərəbistanıİtaliyada virusa yoluxma halı qeydə alınıb.

Öz növbəsində, Azərbaycanın Səhiyyə Nazirliyi Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb.