ÇL-də mövsümün son püşkü atılır

cl-de-movsumun-son-pusku-atilir
Oxunma sayı: 2234

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, püşkatma bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək. 

Çempionlar Liqasının püşkatma mərasimi başa çatdıqdan sonra Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

Püşkatma mərasimi UEFA-nın rəsmi saytı olan uefa.com saytında canlı yayımlanacaq.

Çempionlar Liqası
1/4 final mərhələsinin iştirakçıları:

“Real” (İspaniya)
“Barselona” (İspaniya)
“Atletiko” (İspaniya)
“Mançester Siti” (İngiltərə)
“Arsenal” (İngiltərə)
“Bavariya” (Almaniya)
“Borussiya” (Dortmund, Almaniya)
PSJ (Fransa)