ÇL-də növbəti mərhələ - “Fənərbaxça” “Benfika”ya qarşı

cl-de-novbeti-merhele
Oxunma sayı: 1842

Bu gün Çempionlar Liqasında əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşəcək.

“Qafqazinfo” xəbər verir ki, pley-offun cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Ferentsvaroş”la qarşılaşacaq. 

Bu komandalar arasında ilk matçda Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.

Həmçinin Türkiyə “Fənərbaxça”sı “Benfika”nın qonağı olacaq. “Kopenhagen” “Bazel”lə, “Brügge” isə “Reyncers”lə üz-üzə gələcək.

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan)

İlk oyun - 3:1

23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə) 
İlk oyun - 1:1

23:00. “Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə)
İlk oyun - 0:0

23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya) 

İlk oyun - 3:1