Culani sanksiya siyahılarından çıxarıldı

culani-sanksiya-siyahilarindan-cixarildi
Oxunma sayı: 1015

BMT Təhlükəsizlik Şurası Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa (Culani) və daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaları ləğv edən qətnamə qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sənəd ABŞ tərəfindən hazırlayıb.

Məlumata görə, Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü qətnamənin lehinə səs verib. Çin isə əsvermədə bitərəf qalıb.