Çunayev Azərbaycana medal qazandırdı - Yenilənib

cunayev-azerbaycana-medal-qazandirdi
Oxunma sayı: 18766

Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün də Azərbaycan idmançıları yarışlara qatılacaq. 

66 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz əsas medal ümidlərimizdən biri Rəsul Çunayev mübarizəyə start verəcək.

1/16 final mərhələsindən mübarizəyə qoşulacaq idmançımızın rəqibi kubalı Migel Palasio Martinez olacaq. Qarşılaşma Bakı vaxtilə saat 17:00-da keçiriləcək. 

***

Rəsul Çunayev ilk görüşünə çıxıb. 

İlk hissədə Çunayev rəqibinə 2 xal qazanmaq imkanı versə də, ikinci hissədə 4 xallıq fəndlə önə keçib. Nəticədə o, 4:2 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.

Onun növbəti rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olacaq.

***

1/8 final döyüşü də həmyerlimizin qələbəsi ilə yekunlaşıb.

***

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.

***

Çunayev finala gedən yolda erməni Miqran Arutyunyana uduzub.

***

Rəsul bürünc uğrunda cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.

Bu, güləş millimizin ikinci bürünc medalıdır.