Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 1-i uşaq olmaqla, 5 nəfər həlak olub, yaralılar var.
Partlayış zamanı enerji obyektlərinə ziyan dəydiyi, yaxın ərazilərdə elektrik enerjisi təchizatının dayandırıldığı bildirilir.
***
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı on nəfərə çatıb:
“Yenilənmiş məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub”.
Son xəbərlər
Son Xəbərlər