Dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta olub - Faktiki hava

dagliq-erazilerde-4-dereceyedek-saxta-olub
Oxunma sayı: 1517

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 21-i saat 17:00-a olan məlumatına əsasən Culfa, Ordubad, Neftçala, Beyləqan, Salyan, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Xaçmaz, Şabran, Biləsuvar, Lənkəranda, Bakıda və Abşeron yarımadasında yağış, Qusar (Laza), Xınalıq, Qax (Sarıbaş), Qrız, Şahdağda qar yağıb.

Xidmətdən “Qafqazinfo”ya bildirilib ki, şimal-qərb küləyi arabir Şəkidə 22 metr/saniyə, Naftalanda 18 metr/saniyə, Ceyrançöldə 16 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 19 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Aran rayonlarında 14 dərəcəyədək, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta olub.