Daha bir ölkədə koronavirus qeydə alındı

daha-bir-olkede-koronavirus-qeyde-alindi
Oxunma sayı: 3096

Boliviya hökuməti ölkədə koronavirusa ilk yoluxma faktlarını təsdiqləyib. “Qafqazinfo” “El Deber” qəzetinə istinadən bildirir ki, bu barədə Səhiyyə naziri Anibala Krusa məlumat verib.

Söhbət İtaliyadan ölkəyə qayıdan 60 və 65 yaşlı qadınlardan gedir.

Qeyd edək ki, bütün dünyada koronavirusa yoluxanların sayı artıq 100 mini ötüb, 4 minə yaxın insan dünyasını dəyişib, çoxu sağalıb.