Dəhşətli qəzada xəsarət alan gənc öldü

dehsetli-qezada-xesaret-alan-genc-oldu
Oxunma sayı: 4986

Aprelin 4-ü saat 21:52-də Nərimanov rayonu Heydər Əliyev prospektində baş vermiş ağır qəzada xəsarət alan şəxslərdən biri vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 1999-cu il təvəllüdlü Vüsal Abdullazadə tibbi yardıma baxmayaraq, Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Qeyd edək ki, hadisə vaxtı 1999-cu il təvəllüdlü Behbud Hüseynlinin idarə etdiyi “Ford Fusion” markalı avtomobil “Koroğlu” metrosundan mərkəzə doğru hərəkətdə olarkən Fazil Abbasovun sürdüyü “VAZ” markalı avtomobilin arxa hissəsinə dəyib. Bu zaman “Ford” yolun ortasında olan baryerin üzərindən keçərək əks istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Vəliyev Emin Rizvan oğlunun idarə etdiyi “Lexus GX-460” markalı avtomobilin ön hissəsi ilə toqquşub. Nəticədə B.Hüseynli, E.Vəliyev, F.Abbasov və onun sərnişini Abdullazadə Vüsal Şöhrət oğlu aldıqları xəsarətlərdən Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Nizami RPİ-nin İŞ-də cinayət işi başlanıb.