Heydər Əliyev prospektində qəza - Fotolar+Yenilənib

heyder-eliyev-prospektinde-qeza
Oxunma sayı: 7529

Paytaxtın Heydər Əliyev prospekti, 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.

***

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.