Dənizdə boğulan Ramil Türkiyəyə işləməyə gedibmiş... - Fotolar

Dənizdə boğulan Ramil Türkiyəyə işləməyə gedibmiş...
Oxunma sayı: 6164

Xəbər verdiyimiz kimi, Türkiyənin Alanya şəhərində Azərbaycan vətəndaşı Ramil Zeynalov dənizdə boğularaq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 24 yaşlı Ramil bu ilin yayında dostu ilə Türkiyəyə işləmək üçün gedib. 24 yaşlı gənc əvvəlcə Alaniyada yerləşən “Dinner” otelində aşpaz kimi çalışıb. O, daha sonra iş yerini yaxınlıqda yerləşən restoranların birinə dəyişib.

Bazar günü istirahətindən istifadə edən Ramil, dənizə çimməyə yollanıb. Azərbaycanlı gənc Dimçayla Aralıq dənizinin birləşdiyi yerdə boğularaq ölüb. Onun cənazəsinin avqustun 16-dək Bakıya göndəriləcəyi bildirilir.

Qeyd edək ki, ötən ayın 29-da 24 yaşını qeyd edən Ramil Zeynalov Laçın rayonundan məcburi köçkün olub. O, ailəsi ilə birlikdə Bakının Hövsan qəsəbəsində məskunlaşıb. İmkansız ailənin övladı olduğu bildirilən Ramilin bir bacısı var.

Emin Səfərov




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi