Dənizdə boğularaq ölən 26 yaşlı Mərhəmət... - Foto

denizde-bogularaq-olen-26-yasli-merhemet
Oxunma sayı: 5796

İyulun 8-i axşam saatlarında Bakıda daha bir nəfər dənizdə boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, Sabirabad rayonunun Cavad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədov Mərhəmət Ülfət oğlu çimərlikdə suda boğulub.

Mərhəmət Məmmədovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.