Diplomatik pasportu olanlar bu ölkəyə də vizasız gedə biləcək

diplomatik-pasportu-olanlar-bu-olkeye-de-vizasiz-gede-bilecek
Oxunma sayı: 4527

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sənədlə 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.