“Beynəlxalq fəaliyyət xərclərinə toxunuldu. Qeyd etdik ki, rəqəmimiz 550 milyon manatdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
“Diplomatik nümayəndəliklərimizə xüsusi önəm verilir. Azərbaycanın beynəlxalq nüfuzu, səfirliklərimizin sayı artır. Diplomatların əməkhaqları ilə bağlı məsələ qaldırıldı. Onların maaşı keçən il artıb. Bu, BMT-nin təsdiq etdiyi mexanizm əsasında hazırlanıb. Ona görə də diplomatların əməkhaqları tam şəkildə təmin olunur”, - nazir bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər