Dövlət və ailəsi razılıq verməsə, “Bavariya” qapıçısız oynayacaq

dovlet-ve-ailesi-raziliq-vermese-bavariya-qapicisiz-oynayacaq
Oxunma sayı: 1047

4 əsas qapıçısı zədəli olduğu üçün bu gün Çempionlar Liqasında “Atalanta” ilə cavab matçına 16 yaşlı Leonard Preskottu meydana buraxmaq istəyən “Bavariya” daha bir problemlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Almaniya qanunları yetkinlik yaşına çatmayanların saat 20:00-dan sonra işləməsini qadağan edir. 

“Atalanta” ilə matç saat 21:00-da başlayacağı üçün Münhen klubunun xüsusi icazəyə ehtiyacı var. 

Buna görə də “Bavariya” hazırda 16 yaşlı qapıçının oynaya bilməsi üçün dövlətdən, oyunçunun ailəsindən, həkimindən və məktəbindən razılıq almağa çalışır. 

Əgər razılıq verilməsə, “Atalanta” ilə oyunda qapıda meydan oyunçularından biri dayanmalı olacaq.