“Düdelanj” – “Qarabağ” matçında erməni təxribatı - Video

dudelanj-qarabag-matcinda-ermeni-texribati
Oxunma sayı: 8320

Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında xoşagəlməz hadisələr yaşanır.

"Qafqazinfo" xəbər verir ki, Ağdam klubunun ikinci qolundan sonra meydanda erməni təxribatı baş verib.

Belə ki, matçın 31-ci dəqiqəsində dronla meydanın mərkəzinə qondarma rejimin "bayrağı" gətirilib.

Bu isə "Qarabağ"ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb. Komandalar soyunub-geyinmə otağına yollanıb.