Dünən meyitləri götürülən hərbçilərdən - İkisinin adı

dunen-meyitleri-goturulen-herbcilerden-
Oxunma sayı: 11060

Xəbər verdiyimiz kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin əməkdaşları Dağlıq Qarabağda, neytral zonada həlak olan hərbçilərin meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə həmin hərbçilərdən ikisinin adını açıqlayıb. Deputat bildirib ki, Mingəçevirdən iki nəfər şəhid olub:

“Gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadə 2 aprel tarixində döyüşlərdə həlak olub. Dünən Ermənistan-Azərbaycan cəhhə xəttində Teymurun meyiti Azərbaycan tərəfin' təhvil verilib, Adilin məsələsi isə hal-hazırda həll edilir.

Mingəçevirə gedərək onların yas mərasimində iştirak edib, yaxınları ilə dərdlərini bölüşəcəyəm”.

Allah rəhmət eləsin!