Əlcəzair hökuməti etirazlar fonunda istefa verdi - Buteflika prezident olmayacaq

elcezair-hokumeti-etirazlar-fonunda-istefa-verdi
Oxunma sayı: 1735

Əlcəzair hökuməti ölkədəki kütləvi etirazlar fonunda istefaya gedib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət agentliyi məlumat yayıb. 

Əlcəzair prezidenti 82 yaşlı Əbdüləziz Buteflika dövlət başçısı seçkilərinin də təxirə salındığını bəyan edib. Eyni zamanda, növbəti seçkilərdə namizədliyini irəli sürmək fikrində olmadığını bildirib. 

Qeyd edək ki, ölkədə fevralın 22-dən bəri Buteflikaya qarşı etiraz aksiyaları keçirilir.