Ələkbərovun müavininin oğlu həbs edildi

elekberovun-muavininin-oglu-hebs-edildi
Oxunma sayı: 6592

Məhkəmə “Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan Şamsuarov haqda qərar çıxarıb.

Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, Ruslan 15 sutkalıq inzibati həbs alıb. O, polisə tabe olmamaq maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Ruslan Şamsuarov bir neçə gün öncə “Gelandewagen” avtomobili ilə Moskvada dostları ilə birgə “avtoşluq” edib. Onları saxlamağa çalışan polisləri ələ salmağa başlayan gənclər hətta polisdən qaçışı videoya da çəkiblər.

Xatırladaq ki, Azat Şamsuarov “Lukoyl”un prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavinidir.