Yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, "Hyundai" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 4-ü yaralanıb.
Qəza zamanı 2 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Bunlar Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır.
Yaralılardan 3-ü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), biri isə Biləsuvar RMX-ya aparılıb.
***
Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.


Son xəbərlər
Son Xəbərlər