Əli Abbasovun kadrı olan 3 rəis işdən çıxarıldı

eli-abbasovun-kadri-olan-3-reis-isden-cixarildi
Oxunma sayı: 6502

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) ciddi kadr dəyişikliyi olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıb.

Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov pensiya yaşı ilə əlaqədar olaraq qanunvericiliyə uyğun şəkildə təqaüdə göndərilib.

BTRİB-dən məsələ ilə şərh verilməyib.

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.