Əli İnsanova qarşı cinayət işi xəbəri yalan çıxdı - Vəkildən açıqlama

eli-insanova-qarsi-cinayet-isi-xeberi-yalan-cixdi
Oxunma sayı: 7383

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açılması barədə məlumat yayılıb.

Vəkil Namizəd Səfərov “Qafqazinfo”ya açıqlamasında deyib ki, bu barədə ona məlumat daxil olub. Əli İnsanova qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu maddənin 1-ci bəndi ilə ittiham olunan şəxsləri 3 ilədək, 2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) bəndi ilə ittiham olunanları isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

N.Səfərov deyib ki, Ə.İnsanov cəzaçəkmə müəssisəsinin nəzarətçisinə müqavimət göstərməkdə ittiham edilir.

Əli İnsanovun vəkilləri telefon zənglərinə cavab verməyib.

Əli İnsanov saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Əli İnsanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin sonunda cəzasının müddəti başa çatır.

***

Əli İnsanovun vəkili Toğrul Babayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən məlumat tamamilə yalandır: "Elə bu dəqiqələrdə Əli müəllimlə görüşdən çıxdım. Bu məlumatlar yalandır, Əli İnsanova qarşı hər hansı cinayət işi açılmayıb. Ümumiyyətlə, onunla cəzaçəkmə müəssisəsinin nəzarətçiləri arasında heç bir mübahisə baş verməyib".

Murad Əhməd