Əli Mirəliyev xəstəxanaya yerləşdirildi - Foto

eli-mireliyev-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 6716

Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Elgizlə izlə” proqramında məlumat verilib.

Sənətçinin xanımı onun səhhətindən danışıb. O bildirib ki, Ə.Mirəliyev əməliyyat olunacaq: “Vəziyyəti çox ağır idi, indi müayinələrin cavabını gözləyirik. Həkimlər əməliyyat olunacağını deyiblər”.

Aparıcı Elgiz Əkbər isə “Dua edirik ki, xərçəng olmasın. Şübhələr var. Qan ifraz edib. Həkimlər hazırda analiz nəticəsini gözləyir. 4 gün vəziyyəti çox pis olub”, - sözlərini əlavə edib.