Elmarın ailəsi gümüş medala belə sevindi - Fotolar

elmarin-ailesi-gumus-medala-bele-sevindi
Oxunma sayı: 8244

Azərbaycan cüdoçusu Elmar Qasımovun Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal və final görüşlərini ailəsi həyəcanla izləyib.

"Qafqazinfo" xəbər verir ki, "Report"un əməkdaşları idmançının ailəsində olub.

E.Qasımovun ailə üzvləri - atası İlqar Qasımov, anası Şərqiyyə Qasımova, qardaşı Eldar Qasımov, əmisi qızı Cəmilə Qasımova və digər qohumları, dostları idmançının yarımfinala çıxmasını böyük sevinclə qarşılayıblar.

Cüdoçunun ailə üzvlərinin həyacan və sevinc görüntülərini təqdim edirik.

Xatırladaq ki, E.Qasımov 100 kq çəkidə yalnız finalda uduzaraq Azərbaycana gümüş medal qazandırıb.